Azərbaycandan İrana gedən 2 çinli qadın karantinə götürülüb

31 Yanvar 2020 - 11:33

İran koronavirusa yoluxmada şübhəli bilinən 2 Çin vətəndaşını karantinə götürüb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, 36 və 37 yaşlarında olan qadınlar Azərbaycandan İrana daxil olublar və Təbrizdə karantinə alınıblar.

Qeyd edək ki, Çində yeni növ koronavirusa yoluxanların sayı 9390 nəfərə çatıb, onlardan 213-ü ölüb.