Azərbaycanın Avropa İttifaqındakı nümayəndəsi geri çağırılıb

26 İyul 2021 - 13:28

Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Belçika Krallığında, Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.