Azərbaycanın azad etdiyi Livanlı erməni qadın yenidən Ermənistana qayıdıb

20 Sentyabr 2021 - 09:40

Azərbaycanın azad etdiyi Livanlı erməni qadın Maral Nacaryan yenidən Ermənistana qayıdıb.

Azpost.info bildirir ki, hava limanında o xarici pasportuna çıxış vizası vurulmadığı üçün sorğu-sual edilib. Nacaryan Şuşada əsir düşdüyünü və Azərbaycandan Livana göndərildiyini bildirib. Odur ki, pasportunda çıxış vizası olmadığını vurğulayıb.

M.Nacaryanın nə üçün yenidən Ermənistana qayıtması barədə aydın cavab verməyib. O saç ustası olduğunu və İrəvanda bu işdə çalışacağını bildirib.

Həm Livan, həm də Ermənistan vətəndaşı olan M. Nacaryanın 2020-ci ilin noyabrın 10-da Laçında əsir düşüb.

Ötən il avqustun 4-də Beyrut limanında baş verən güclü partlayışdan sonra o, bacısı ilə Ermənistana gəlib. Onlar Qarabağda yaşamaq arzusunda olduqlarını bildiriblər. İşğal etdiyi Azərbaycan ərazilərində məskunlaşma siyasəti yürüdən Ermənistan onların bu arzusunu nəzərə alıb, bacıları Şuşadakı otellərdən birində yerləşdirib.

Azərbaycan tərəfi  M.Nacaryan, bu ilin 10 mart tarixində azad ediib. O, Ermənistana deyil, Livana qayıtmağa üstünlük verib. M.Nacaryan Türkiyə üzərindən Livana geri göndərilib.

Livan Prezidenti Mişel Aun Azərbaycan əsirliyindən azad edilmiş Maral Nacaryanı qəbul edib. Maral əsirlikdən azad edilməsində fəal iştirak edən prezident Mişel Auna təşəkkür edib.