Azərbaycanın Gürcüstandan siqaret idxalı 63% azalıb BİZNES

20 İyul 2020 - 16:27

Bu ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana 321 min qutu (hər birində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları ixrac olunub.

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın tədarük etdiyi tütün məhsullarının ümumi dəyəri 7,5 milyon ABŞ dolları təşkil edib.

Qonşu ölkədən Azərbaycana ixrac olunan siqaret məhsullarının həcmində 62,9% azalma qeydə alınıb.