Azərbaycanın işğal olunmuş ərazilərində bir erməni əsgər ölüb, biri yaralanıb

02 Dekabr 2019 - 16:49

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində bir erməni əsgər ölüb, biri isə yaralanıb.

APA-nın “armenpress.com” saytına istinadən verdiyi xəbərə görə, insident bu gün saat 06:50-də qeydə alınıb.

21 yaşlı Artur Ajamyan naməlum şəraitdə aldığı güllə yarasından ölüb, 20 yaşlı Davit Melikbekyan isə yaralanıb.

Araşdırma aparılır.