NATO-nun baş katibi Fransaya çağırış edib:"5-ci maddəyə hörmət edin!"

“5-ci maddə NATO-nun nüvəsidir”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Fransa prezidenti Emmanuel Makronun Alyansın 5-ci maddə ilə bağlı çıxışına münasibət bildirərkən deyib.

“5-ci maddə NATO-nun nüvəsidir. Bu, hamımız birimiz, birimiz hamımız üçün deməkdir. Potensial düşəmənlər istənilən hücumun ittifaqın bütün üzvlərinə edildiyini və buna Alyansın mütləq cavab verəcəyini bilərsə, hücum etməz. Birlikdə dünyanın ən böyük hərbi gücüyük. 5-ci maddə müqavilənin bir öhdəliyidir. Fransadan və bütün müttəfiqlərdən bu maddənin yanında omasını gözləyirəm”, – deyə o qeyd edib.

Y.Stoltenberq Alyans daxilində fərqli düşüncələrin olmasına baxmayaraq dekabrın 3-də Londonda keçiriləcək NATO sammitində ismarışın da bu yöndə olacağını bildirib.

Qeyd edək ki, Emmanuel Makron noyabrın 6-da “Economist” jurnalına müsahibəsində NATO-nu tənqid edərək Alyansın beyin ölümünün reallaşdığını demişdi. O, Alyansın 5-ci maddəsinə inamının qalıb-qalmadığı ilə bağlı suala cavabında deyib: “Bilmirəm”.

Xatırladaq ki, dekabrın 2-3-də Londonda NATO-nun zirvə toplantısı keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın işğal olunmuş ərazilərində bir erməni əsgər ölüb, biri yaralanıb

Sonrakı məqalə

İran Azərbaycana ticarət attaşesi göndərəcək