Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycanın Qranada görüşündə iştirak etməməsinin danışıqlardan imtina kimi təqdimatı düzgün deyil

User 05 Oktyabr 2023 - 15:41 (Last updated: 21 May 2025 - 20:15)
hikmet-h.

“Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin iştirakı ilə aparılan Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında olan üçtərəfli Brüssel prosesini və regional sülh gündəliyini dəstəkləyir və bu mənada sülh müqaviləsi daxil olmaqla, bir çox sülh təşəbbüslərinin müəllifi məhz Azərbaycandır”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında bildirib.

“Fransanın regionda qərəzli və militarizasiya siyasətinə, Cənubi Qafqazda regional sülh və sabitliyə zərər gətirən və Avropa İttifaqının Cənubi Qafqaz siyasətini risk altına qoyan addımlarına və rəsmi Bakının israrına baxmayaraq, region ölkəsi olaraq qardaş Türkiyənin beşli formatda (Azərbaycan, Ermənistan, Avropa İttifaqı, Fransa və Almaniya) olan görüşdə iştirakına imkan verilməməsinə görə Azərbaycan Qranada da iştirak etməməyə qərar vermişdir. Biz, həmçinin, ev sahibi olaraq İspaniyanın da bu formatda olan görüşdə iştirakının tərəfdarı idik. Bəzi beynəlxalq media resurslarında bunun Azərbaycanın Ermənistanla təmaslardan və ya danışıqlardan imtina etməsi kimi təqdim edilməsi düzgün deyildir. Azərbaycan Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan formatında Brüsseldə tezliklə üçtərəfli görüşlərə hazırdır. Azərbaycan tərəfi eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi və sülh müqaviləsi üzrə birbaşa və ikitərəfli dialoqu və danışıqları dəstəkləyir. Fürsətdən istifadə edərək İspaniyadan olan həmkarlarımızı və dostlarımızı Avropa Siyasi İcmasının Qranada görüşünü uğurla təşkil etmələri münasibətilə təbrik edirik və Ermənistan-Azərbaycan dialoquna töhfə vermək niyyətlərinə görə təşəkkür edirik”, – o qeyd edib.

Post navigation

Previous: Yenilənmiş “Nar”ı hiss et və hədiyyələr qazan!
Next: Azərbaycan-Qazaxıstan təlimində dəniz xüsusi təyinatlıları tapşırıqları icra edib

Oxşar xəbərlər

ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44
az avropa
  • Siyasət

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin razılaşdırılması müzakirə edilib

User 22 Oktyabr 2026 - 15:25

xƏBƏR

BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
Azərbaycanda 2027-ci ilin dövlət büdcəsi üzrə xərclərin 42,4 milyard manat, gəlirlərin isə 39,234 milyard manat olması proqnozlaşdırılır....
Read more about 2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL
Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46
ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri putin uitkoff
  • Dünya

ABŞ-ın sülh planı üzə çıxdı – Donbasda bufer zona, Rusiyaya qaz bazarı və sanksiya güzəştləri

User 23 Oktyabr 2026 - 11:37
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı anar-aliyev-nazir
  • Baş Yazı

Pensiya və müavinətlər artırılacaq? – Nazir yeni sosial paketi açıqladı

User 23 Oktyabr 2026 - 10:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.