Azərbaycanın Tatarıstandakı Diasporunun sədri vəfat edib

18 Sentyabr 2020 - 21:28

Rusiyanın Tatarıstan Respublikasındakı Azərbaycan diasporunun sədri Bəşir Bəşirov Təyyar oğlu vəfat edib.

Bu barədə Moskvanın Azərbaycan icmasının sədri Şamil Tağıyev məlumat verib.

O, B.Bəşirovun bu gün dünyasını dəyişdiyini bildirib . (APA)