Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycanla Ukrayna arasında ticarət həcmi nə qədərdir?

User 25 Avqust 2025 - 17:16 (Last updated: 25 Avqust 2025 - 15:49)
gomruk

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət əməliyyatlarının həcmi 282,5 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 1,7 milyon ABŞ dolları və ya 0,6% çoxdur.

Cari ilin yanvar-iyul aylarında Azərbaycandan Ukraynaya 119,7 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon ABŞ dolları və ya 2,5% çoxdur.

Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Ukraynadan Azərbaycana 82,6 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 1,2 milyon ABŞ dolları və ya 0,7% azalma deməkdir.

Bundan başqa, 2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Ukraynaya 109,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu isə 2024-cü ilin ilk yeddi ayı ilə müqayisədə 48,6 milyon ABŞ dolları və ya 1,8 dəfə çoxdur.

Hesabat dövründə Ukraynaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracında 5,26% paya sahib olub. Bununla da sözügedən ölkə Azərbaycandan 5-ci ən çox qeyri-neft məhsulları alan ölkə olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 28,8 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,25% çoxdur.

Xarici ticarət dövriyyəsinin 15,2 milyard ABŞ dolları ixracın, 13,6 milyard ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, illik ifadədə ixrac 5,4% azalıb, idxal isə 26,1% artıb.

Yekunda xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,3 dəfə azalma deməkdir.

AzPost.az

Post navigation

Previous: Gələcəyin valyutası
Next: Səkkiz rayona sərnişin daşıyacaq marşrut qalibləri müəyyənləşdi

Oxşar xəbərlər

valyuta
  • İqtisadiyyat

Dolların bu günə olan məzənnəsi

User 20 Noyabr 2026 - 09:25
qida01
  • İqtisadiyyat

Azərbaycanda ən çox bu ərzaqlar bahalaşıb – Qiymətlərdəki artımın detalları

User 19 Noyabr 2026 - 13:49
Bank Respublika
  • İqtisadiyyat

Bank Respublika-nın yeni səhmdarları kimlərdir? – Açıqlama

User 19 Noyabr 2026 - 11:51

xƏBƏR

Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
İsveçin Uppsala Universitetinin tədqiqatçıları qarın nahiyəsində toplanan artıq piylərin sağlamlığa ciddi təsir göstərdiyini müəyyən ediblər. Araşdırmaya görə,...
Read more about Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
“Müxalifət Azərbaycanla sülhə mane olur” – Ermənistan parlamentinin sədrindən ittiham errmeni spiker rubinyan
  • Dünya

“Müxalifət Azərbaycanla sülhə mane olur” – Ermənistan parlamentinin sədrindən ittiham

User 20 Noyabr 2026 - 19:16
Tramp İrana yeni zərbələr barədə qərarı təxirə saldı – Yanvarın 1-dən sonranı gözləyir Tramp
  • Dünya

Tramp İrana yeni zərbələr barədə qərarı təxirə saldı – Yanvarın 1-dən sonranı gözləyir

User 20 Noyabr 2026 - 19:04
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA dtx01
  • Baş Yazı

İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA

User 20 Noyabr 2026 - 18:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.