Azərbaycanlı aktyor Rusiya filmində baş rolda çəkilib –FOTOLAR

Rusiyada “Sevgilim Raca” adlı filmin çəkilişləri başa çatıb.

Azpost.info bildirir ki, melodrama janrında çəkilmiş filmdə baş rolları azərbaycanlı aktyor Rüstəm Cəbrayılov və Dana Abızova oynayır.

4 seriyadan ibarət film Rusiyanın “Domaşnıy” telekanalı ilə yayımlanacaq.   Bu barədə telekanalın mətbuat xidməti məlumat yayıb.

Filmin maraqlı sujet xətti var.

Gözəgəlimli və təvazökar ingilis dili müəllimi Yelena aqressiv, laqeyd Viktorla nikahda yaşayır. Əri Yelenaya əşya kimi yanaşır. Viktor təsadüfi qaznc və brakonyerliklə dolanır, Ailənin yükünü Yelena öz üzərinə götürüb.

Onun arzusu yalnız uşaq sahibi olmaqdır, amma Viktor özü üçün yaşamaq istəyir.

Hindistanlı iş adamı Rac Mişra əczaçılıq zavodunun tikintisinə başlamaq üçün şəhərə gəlir. O, buranı bir səbəbdən seçib – Milliyətcə rus olan nənəsi burada doğulub. Raca nənəsi üçün böyüdüyü evi almaq istəyir.

Yelena dostunun xahişi ilə iş adamının tərcüməçisi olur və tezliklə ona  evi tapmağa kömək edir. Onlar bir-birlərinə aşiq olurlar. Lakin qarşıda Viktor, Racın yoxa çıxan nənəsi və həbs kimi sınaqlar durur…

Filmin rejissoru Stanislav Mareyevdir. Melodramada həmçinin Artem Karasev, Akaş Şarma, Marina Vaynbrand, Yuliya Kineberq, Natalya İvantsova, Mariya Fedorko və başqaları çəkilib.

Əvvəlki məqalə

Dünyada istifadə olunan bütün resursların 10 faizi tullantıya çevrilir

Sonrakı məqalə

“Hizbullah”la müharibə istəmirik”