Azərbaycanlı deputatlar Şimali Kipr parlamentində Ərdoğanın çıxışını dinləyib –

FOTO
19 İyul 2021 - 19:00

Türkiyə prezidenti Ərdoğan Şimali Kiprə səfəri çərçivəsində bu ölkənin parlamentində çıxış edib.

Azpost.info bildirir ki, Azərbaycan Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti də bu iclasda iştirak edib. Deputatlar Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarayi bir neçə gündür Şimali Kipr Cumhuriyyətində səfərdədirlər.

Ərdoğan çıxışında Şimali Kiprə dəstək verəcəklərini bəyan edib və adanın federasiya kimi qurulmasının mümkünsüzlüyünü vurğulayıb. Türkiyə prezidenti Şimali Kipr prezidenti və parlamaneti üçün yeni iqamətgah və binanın tikiləcəyini bildirib. O deyib ki, layihə artıq hazırdır və bunun üçün torpaq sahəsi ayrılıb.