Azərbaycanlı iş adamlarına məxsus bazara bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub

18 İyun 2021 - 12:24

Moskvada azərbaycanlı iş adamlarına məxsus “Sadovod” bazarına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Moskvanın cənub-şərqində, Moskva dairəvi avtomobil yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” bazarına bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına anonim zəng daxil olub.

Anonim məlumatla bağlı araşdırma aparılır.

Bazarda hələlik təxliyə həyata keçirilmir.

Qeyd edək ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin “Kiyevskaya ploşad” şirkətinə məxsusdur. 40 hektar ərazisi olan bazarda 8 min mağaza var.