Azərbaycanlı tələbəni öldürən şəxsin kimliyi açıqlandı –

FOTO
20 İyun 2020 - 14:50

Azərbaycan vətəndaşı, 17 yaşlı Timur Qavrilovu qətlə yetirən şəxsin kimliyi məlum olub.

Rusiya İstintaq Komitəsi 17 yaşlı gənci qətlə yerinənin 1998-ci il təvəllüdlü Vitali Vasilyev olduğunu açıqlayıb. Volqoradın Sovet rayonundan olan Vasiley federal axtarışa verilib. Onun fotosu bütün polis idarələrinə göndərilib.

Xatırladaq ki, Volqorad Tibb Universitetinin 1-ci kurs tələbəsi 17 yaşlı Timur Qavrilov iyunun 12-si gecə saatlarında küçədə qətlə yetirilib. Ona azı 20 bıçaq zərbəsi vurulmuşdu. (Modern.az)