Azərbaycanda kar, kor, lal sözləri daha işlənməyəcək –

Rəsmi sənədlərdən çıxarılır (QƏRAR)
08 May 2020 - 10:17

Azərbaycan Respublikası BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasını ratifikasiya etməklə əlilliyi olan şəxslərə münasibətdə ayrı-seçkiliyə yol verilməməsi, əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmətlə yanaşılması, onların bəşəriyyətin bir hissəsi kimi qəbul olunması kimi öhdəlikləri ilə yanaşı, qanunvericilikdə əlilliyi olan şəxslərə münasibətdə şərəf və ləyaqəti alçaldıcı sözlərin ləğv edilməsi öhdəliyini üzərinə götürüb.

“Report” xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, bu səbəbdən qanunvericilik aktlarında istifadə edilən “qüsur” sözünün “pozuntu”, “kəkələmə” sözünün “qeyri-iradi nitq pozuntusu”, “kar” sözünün “eşitmə qabiliyyəti məhdud”, “kor” sözünün “görmə qabiliyyəti məhdud”, “lal” sözünün “nitq qabiliyyəti məhdud” sözləri ilə və s. əvəz edilməsi təklif olunur. Bununla bağlı hazırlanan layihə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunacaq.