Azərbaycanda koronavirusa yoluxanların sayı 209 nəfərdir –4 nəfər vəfat edib ( OPERATİV QƏRARGAH)

Bu günədək Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 209-dur. Koronavirusdan 4 ölüm faktı qeydə alınıb.

Azpost.info bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi məlumatında deyilir.

29 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında  27 yeni  koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 190 nəfərdir, onlardan 25 pasiyentin vəziyyəti orta ağır, 23 isə ağırdır.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Neft yenə ucuzlaşıb

Sonrakı məqalə

“ABŞ-ın virusdan sonrakı bərpası iyunun 1-dən mümkün olacaq” –