Azərbaycanda koronavirusa yoluxanların sayı 93 nəfərə çatıb –3 xəstənin vəziyyəti ağırdır (OPERATİV QƏRARGAH)

Bu günədək Azərbaycanda koronavirusa ümumi yoluxanların sayı 93-dür və koronavirusdan 1 ölüm faktı qeydə alınıb.

Azpost.info bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir.

25 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında  6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Hazırda  aktiv koronavirus xəstələrinin sayı 81 nəfərdir, onlardan 3 pasiyentin vəziyyəti ağır, 5 pasiyentin vəziyyəti orta ağırdır.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyanın hərbi təyyarəsi Qara dənizə düşüb

Sonrakı məqalə

Hacıqabulda 34 yaşlı kişini qatar vurub