Azərbaycan əhalisinin sayı açıqlanıb

2022-ci ilin yanvar-may aylarında əhalinin sayı 22 781 nəfər və ya 0,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, 2022-ci il iyun ayının 1-i vəziyyətinə əhalinin sayı 10 179 147 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.

Əvvəlki məqalə

“Rusiya sanksiyalara öyrəşib”

Sonrakı məqalə

“Rusiyanın şərtləri ilə sülh bağlansa, sanksiyalar ləğv olunmayacaq”