Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Azərbaycan əleyhinə açıqlamalar verən ekspert Moskva Dövlət Beynəlxalq Munasibətlər Universitetindən qovulub-

User 18 Dekabr 2022 - 13:02 (Last updated: 21 May 2025 - 20:15)
xain

Azərbaycan əleyhinə açıqlamalar verən rusiyalı ekspert çalışdığı Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetindən (MDBMİ) qovulub.

Bu barədə  MDBMİ-dən bildirilib.

Qeyd olunub ki, Mixail Aleksandrovun bəyanatlarının əsassız aqressivliyi və açıq-aşkar qeyri-peşəkarlığı xarici siyasət ictimaiyyətinin son dərəcə sərt mənfi reaksiyasına, MDBMİ-lilərin qəzəbinə səbəb olub. Universitetin imicinə və maraqlarına ciddi zərbə vurulub.

“Rusiya telekanallarından birinin efirində universitetin Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti vəzifəsini tutan Mixail Aleksandrov müttəfiqə xələl gətirən açıqlamalar verib. Aleksandrovun bəyanatlarının əsassız aqressivliyi və açıq-aşkar qeyri-peşəkarlığı xarici siyasət ictimaiyyətinin son dərəcə sərt mənfi reaksiyasına və MDBMİ komandasının qəzəbinə səbəb oldu. Universitetin imicinə və maraqlarına ciddi zərbə vuruldu.

Aleksandrovun hərəkətlərinin MDBMİ əməkdaşı statusuna uyğun gəlməməsi, habelə Aleksandrovun xidməti vəzifələrinə həddindən artıq laqeyd yanaşması ilə bağlı müəyyən edilmiş faktlar əsasında rektor əmək münasibətlərinə xitam verilməsi və M. Aleksandrovun universitetdən xaric edilməsi haqqında əmr imzalayıb” deyə MDBMİ-nin yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, M.Aleksandrov Rusarminfo internet telekanalının efirində Laçın yolunda Azərbaycan ekoloqlarının dinc aksiyasını şərh edərkən Azərbaycan əleyhinə açıqlamalar verib. Açıq-aşkar düşmənçilik bəyanatları səsləndirən “ekspert” bildirib ki, Rusiya Bakının neft strukturuna zərbə endirməlidir.

Post navigation

Previous: Sabaha olan hava proqnozu açıqlanıb
Next: Dünyada koronavirusa yoluxanların sayı 653 milyona çatır

Oxşar xəbərlər

tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27

xƏBƏR

jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO

User 01 Noyabr 2026 - 11:32
APA TV-nin əməkdaşı Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandırarkən hücuma məruz...
Read more about Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.