Azərbaycan 100-ə qədər Ermənistan hərbçisinin cəsədini təhvil verməyə hazırdır –DÖVLƏT KOMİTƏSİ AÇIQLAMA YAYDI

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumat yayıb.

Dövlət Komissiyasından verilən xəbərə görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.

Bildirilib ki, bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.

Əvvəlki məqalə

Sabah ölkə üzrə pensiya ödənişi yekunlaşacaq

Sonrakı məqalə

Çin lideri Qazaxıstanda səfərdədir