Azərbaycan millisi 5-ci dəfə məğlub oldu –Növbəti dəfə hakim səhvinə qurban getdik

Azərbaycan millisi növbəti oyununu keçirib. 

Nikola Yurçeviçin baş məşqçisi olduğu yığma AVRO-2020-nin seçmə mərhələsində 6-cı matçına çıxıb.

Keçirdiyi 5 oyunda cəmi 1 xal toplayan komanda Budapeştdə Macarıstanın qonağı olub. Milli bu dəfə də azarkeşlərini məyus edib.

10-cu dəqiqədə erkən qol buraxan Azərbaycan yığması səfərdən xalsız ayrılıb. Tsikldə 5-ci dəfə məğlub olan milli sonuncu pillədəki yerini rəsmiləşdirməyə daha da yaxınlaşıb. Uels millisi bir xal qazansa, komandamız sonuncu yeri rəsmiləşdirəcək.

Düzdür, uzatma dəqiqələrində Bəhlul Mustafazadə rəqib qapısına yol tapıb. Lakin hakimin kobud səhvi üzündən təmiz qol qeydə alınmayıb. Hollandiyalı referi topun futbolçunun əlinə dəydiyini “kəşf edib”. (APA)

Qeyd edək ki, futbol üzrə Azərbaycan millisi hakim səhvinin qurbanı olub.

Belə ki, 10-cu dəqiqədə erkən qol buraxan milli qarşılaşmanın sonlarında fəallığı xeyli artırıb. Ardıcıl hücumlar edən futbolçularımız matça əlavə olunan 3-cü dəqiqədə rəqib qapısına yol tapıb.

Qapıya zərbəni dəf edən qolkiperdən sıçrayan top Bəhlul Mustafazadənin sinəsinə toxunaraq xətti keçib. Millinin üzvlərinin bərabərlik qolunun sevincini yaşamasına hakimin qərarı imkan verməyib.

Referi müdafiəçinin topa sinə deyil, əllə toxunduğu qənaətinə gəlib və bu səbəbdən təmiz qolu saymayıb. Nəticədə yığma bir xaldan məhrum olub.

Qeyd edək ki, bir səhvlə kifayətlənməyən hollandiyalı hakim Dennis Hiqler B.Mustafazadəyə də sarı vərəqə göstərib.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Xorvatiya Uelsin qonağı olacaq.

AVRO-2020-nin seçmə mərhələsi
VIII tur
13 oktyabr
E qrupu

20:00. Macarıstan – Azərbaycan – 1:0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran Səudiyyə Ərəbistanı ilə danışıqlara razılıq verib

Sonrakı məqalə

Akademik Vasim Məmmədəliyev vəfat edib