Akademik Vasim Məmmədəliyev vəfat edib

Azərbaycan elminə böyük itki üz verib. Modern.az xəbər verir ki, şərqşünas alim, böyük ziyalı, “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçisi, akademik Vasim Məmmədəliyev haqqın dərgahına qovuşub.

Modern.az-ın məlumatına görə, akademik son günlər xəstəxanada müalicə olunurdu.

Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. 1964-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.

1978-ci ildə professor elmi dərəcəsinə yiyələnən Vasim Məmmədəliyev 1992-ci ildə respublikanın əməkdar elm xadimi fəxri adina layiq gorülüb. 2002-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasinin akademiki seçilib.

20 kitabın, 600-dən çox elmi məqalənin müəllifidir. Əsərləri dünyanin 15-dən artıq ölkəsində nəşr edilib. Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə “Qurani Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib.

Allah rəhmət eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan millisi 5-ci dəfə məğlub oldu –

Sonrakı məqalə

Hakim səhvini etiraf etdi –