Azərbaycan millisinin yoxlama oyunları ləğv edilə bilər

Milli komandaların yoxlama oyunları ləğv edilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb.

O bildirib ki, koronavirus üzündən qarşıdakı yoxlama oyunlarının ləğvi istisna deyil: “Mən heç nəyi istisna edə bilmərəm. İnsan sağlamlığı futbol matçından çox-çox qiymətlidir. Ümid edirəm ki, vəziyyət yaxşılaşacaq, amma gündən-günə əksinə pisləşir. Əgər oyunu ləğv etmək və ya azarkeşsiz keçirmək zərurəti yaransa, biz bu addımı atacağıq”.

Qeyd edək ki, milli komandaların yoxlama oyunları üçün növbəti pəncərə martın sonlarında olacaq. Həmin vaxt Maltada toplanışda olacaq Azərbaycan yığması Lixtenşteyn və meydan sahibləri ilə yoxlama görüşləri keçirməlidir. Matçların ləğvi Maltadakı görüşlərə də təsir edə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda ötən ay restoranlarda yeyib-içməyə 72  milyon manat xərclənib  

Sonrakı məqalə

“Bəşər Əsədi və Rusiyanı hücumu dayandırmağa, beynəlxalq hüquqa hörmət etməyə çağırırıq” –