Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimlərdə əsas diqqət şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılmasına, döyüş texnikasının və digər hərbi vasitələrin praktiki istifadəsinə yönəldilib.

Təlim rəhbərliyinin qiymətləndirməsinə görə başa çatmış təlimlərdə qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə və vərdişlər əldə edib, eləcə də səhra şəraitində real olaraq yüksək bacarıq nümayiş etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Narkotik almaq üçün qızıl medalımı satdım” –

Sonrakı məqalə

Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanıb