Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycan pomidoru xaricə neçəyə satılır?

User 20 Oktyabr 2025 - 21:31 (Last updated: 20 Oktyabr 2025 - 21:31)
1741528117_pomidor_esas

Yanvar-avqust dövründə Azərbaycan 14 min tondan çox pomidor ixrac edib.

FED.az xəbər verir ki, 2025-ci ilin yanvar-avqust aylarında  ölkədən ümumilikdə 14 min 399 ton pomidor ixrac edilib, ixracın ümumi dəyəri isə 15 milyon 715 min dollar təşkil edib. 1 kiloqram pomidorun orta ixrac qiyməti 1,09 dollar və ya 1,85 manat olub.

Azərbaycan pomidorunun əsas ixrac bazarı kimi Rusiya Federasiyası qalmaqdadır. Bu ölkəyə 13 min 922 ton pomidor göndərilib və bu göstərici ümumi ixracın böyük hissəsini təşkil edir. Rusiya ilə yanaşı, Belarus (2 min 310 ton) və Gürcüstan (1 588 ton) da Azərbaycanın mühüm ixrac tərəfdaşları sırasında yer alır.

Ən az həcmdə pomidor ixracı Səudiyyə Ərəbistanına (2 ton) və Birləşmiş Ərəb Əmirliklərinə (17 ton) həyata keçirilib.

Qiymət baxımından fərqlər də diqqət çəkir. 1 kiloqram üçün ən yüksək orta ixrac qiyməti Səudiyyə Ərəbistanına (12,31 dollar / 20,93 manat) və Belarusa (2,19 dollar / 3,72 manat) göndərilən pomidorlarda müşahidə olunub.

Ən aşağı qiymət göstəriciləri isə Moldova (0,58 dollar / 0,99 manat) və Latviya (0,62 dollar / 1,05 manat) istiqamətində qeydə alınıb.

Ölkə Həcm (ton) Dəyər (ABŞ dolları) 1 kq orta ixrac qiyməti ($) 1 kq orta ixrac qiyməti (₼)
Rusiya 13 922 14 980 900 1,08 $ 1,84 ₼
Belarus 2 310 5 056 790 2,19 $ 3,72 ₼
Gürcüstan 1 588 1 071 040 0,67 $ 1,14 ₼
Polşa 642 955 930 1,49 $ 2,53 ₼
Ukrayna 167 187 400 1,12 $ 1,90 ₼
Birləşmiş Ərəb Əmirlikləri 17 12 960 0,76 $ 1,29 ₼
Moldova 18 10 500 0,58 $ 0,99 ₼
Qazaxıstan 17 13 460 0,79 $ 1,34 ₼
Latviya 18 11 080 0,62 $ 1,05 ₼
Səudiyyə Ərəbistanı 2 24 610 12,31 $ 20,93 ₼
Cəmi 14 399 15 715 300 1,09 $ 1,85 ₼

AzPost.az

Post navigation

Previous: ABŞ qoşunları Qəzzaya yerləşdirilməyəcək
Next: Məktəbliyə qarşı qeyri-etik hərəkət edən sürücü həbs olundu

Oxşar xəbərlər

et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
neft serq
  • İqtisadiyyat

Neft 100 dolları keçib – ABŞ-İran razılaşması Azərbaycanın gəlirlərinə necə təsir edəcək?

User 26 Oktyabr 2026 - 10:23

xƏBƏR

sarigul
  • Dünya

Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı

User 26 Oktyabr 2026 - 23:53
Türkiyədə Azərbaycanın ölkəyə girişini qadağan etdiyi 31 nəfərdən biri olan “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul...
Read more about Azərbaycanın “qara siyahı”ya saldığı Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
İran prezidenti Moskvaya gedib putin pezeskian
  • Dünya

İran prezidenti Moskvaya gedib

User 26 Oktyabr 2026 - 23:50
Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı banan
  • Maraqlı

Banan insult riskini azalda bilər – Alimlər faydalarını açıqladı

User 26 Oktyabr 2026 - 23:38
Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir putin
  • Dünya

Putin NATO-dan Pribaltika və Finlandiyadan çıxmağı tələb edir

User 26 Oktyabr 2026 - 23:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.