Azərbaycan qaz ixracını kəskin artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 867 067,72 min ABŞ dolları dəyərində 6 165 450,44 min kubmetr təbii qaz ixrac edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu ilin ilk rübü ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,4 dəfəyə yaxın, həcmi isə 4,4 dəfə artıb.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan 2 190 522,13 min ABŞ dolları dəyərində 12 424 490,44 min kubmetr təbii qaz ixrac edib. Ötən il ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 7,44%, həcmi isə 0,9% azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdiriləcək

Sonrakı məqalə

18 mindən çox şagird buraxılış imtahanı verib – YENİLƏNİB