Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Müsahibə

“Azərbaycan Rusiya üçün ideal müttəfiqdir” –

User 21 İyun 2023 - 07:33 (Last updated: 21 May 2025 - 20:15)
savelyev

Sankt-Peterburqda XXVI Peterburq Beynəlxalq İqtisadi Forum (PBİF-2023) işini başa çatdırıb, forumda ənənəvi olaraq Azərbaycanın nümayəndələri də iştirak ediblər.

Tədbirdə iştirak edən Dövlət Dumasının deputatı Dmitri Savelyev AZƏRTAC-a Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafı tendensiyaları və onun yaxın perspektivlərindən danışıb.

– Dmitri İvanoviç, Peterburq forumunun işində iştirakınız sizə necə təsir bağışlayıb?

– Deməliyəm ki, biz bütün planetin qlobal dəyişikliklərə məruz qaldığı, çox çətin zamanda yaşayırıq. Dördüncü Sənaye İnqilabı yeni texnologiyalara keçidi sürətləndirib, deqloballaşma prosesində isə yeni makroregionlar formalaşır. Bir çox ölkələr, eyni zamanda, suverenliyini qoruyub saxlamaqla sürətlə dəyişən dünyada tutduğu yerləri dərk etmək istəyirlər. Forumun “Suveren inkişaf ədalətli dünyanın əsasıdır” şüarı isə bunu göstərir. Forumun proqramı çərçivəsində çox sayda plenar iclas, dəyirmi masa və diskussiyalar keçirilib. Lakin Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərlərindən biri olduğum üçün məni, ilk növbədə, bu və ya digər mənada Azərbaycanla bağlı tədbirlər maraqlandırıb.

– Sizin qeyd etdiyiniz geosiyasi proseslər fonunda Azərbaycan və onun forumun işində iştirakı hansı əhəmiyyət kəsb edir?

– Birincisi, bu, azərbaycanlıların özləri üçün maraqlıdır, çünki forum çərçivəsində Azərbaycana gəlir gətirən iri kontraktlar bağlanır. İkincisi, Qərb tərəfindən Rusiyanın ticari-iqtisadi və nəqliyyat blokadalarını təşkil etmək cəhdləri fonunda Xəzər regionu və Cənubi Qafqaz enerji və nəqliyyat dəhlizləri kimi bizim üçün çox böyük əhəmiyyət kəsb edir. İri nəqliyyat və enerji qovşağı olan, effektiv və etibarlı tərəfdaş nüfuzuna malik Azərbaycan Rusiya üçün ideal müttəfiqdir, çünki bizim dövlətlərarası münasibətlərimiz zamanın sınağından şərəflə çıxıb. Məhz buna görə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı məsələlərinin müzakirə edilməsi forumun əsas hadisələrindən biri oldu.

– Bu layihənin perspektivləri və Azərbaycanın bu layihədə rolu barədə nə deyə bilərsiniz?

– “Şimal-Cənub” dəhlizi bütün Avrasiyanın iqtisadi gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən nəhəng nəqliyyat-logistika layihəsidir. O, Asiya, Şimal, Cənub regionları üçün ən qısa nəqliyyat yollarını yaradır və daim yeni logistika marşrutlarını birləşdirir. Dəhliz hələlik tam gücü ilə işə salınmayıb, lakin bu dəhliz boyu nəql olunan yüklərin həcmi artıq onlarla milyon ton təşkil edir, üstəlik, 2022-ci ilin göstəriciləri ilə müqayisədə əhəmiyyətli dərəcədə artım müşahidə olunur. Əlverişli coğrafi mövqeyinə görə Azərbaycan bu layihənin əsas iştirakçısı və dünya nəqliyyat sisteminin ayrılmaz elementi qismində çıxış edir ki, buna da respublika infrastrukturunun inkişafındakı uğurları böyük dərəcədə təsir edir: yeni hava limanları və beynəlxalq dəniz limanı istismara verilib, avtomobil və dəmir yolu xətlərinin tikintisi, yenidən qurulması davam edir. Bu, xüsusilə ötən il Azərbaycan ərazisindən Rusiyaya yüklərin nəqlini 2,5 dəfə artırmağa imkan verdi.

– Rusiya ilə Azərbaycan arasında regionlararası əlaqələrin inkişafı ilə bağlı forumda müzakirələr aparıldımı?

– Bu iş daimi əsasda, o cümlədən forum çərçivəsində aparılır. Belə ki, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev əməkdaşlığın ən yaxın istiqamətlərini forumda müzakirə ediblər. Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix isə Azərbaycanın Rusiyada ticarət nümayəndəsi Ruslan Əliyevlə söhbətində Bakının “Orta Volqa – Xəzər dənizi – Fars körfəzi” layihəsində iştirakının faydalı olmasını vurğulayıb. Layihə, həmçinin “Şimal-Cənub” dəhlizinin bir hissəsidir: o, yüklərin Volqayanı və Rusiyanın Avropa hissəsi regionlarından Xəzər dənizinə, daha sonra Fars körfəzi və Hindistan limanlarına qədər birbaşa nəqlini təmin edəcək. Bundan əlavə, Azərbaycan Ulyanovskda ticarət evi açmaq niyyətindədir.

– Rusiya və Azərbaycanın biznes dairələri arasında işgüzar qarşılıqlı fəaliyyətin daha hansı perspektiv istiqamətlərini qeyd edə bilərsiniz?

– Bu gün Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında üçüncü yer tutur. Birinci rüb üzrə bizim mal dövriyyəmiz ötən ilin analoji dövrü ilə müqayisədə 67,5 faiz artıb, lakin gələcək üçün daha ciddi ehtiyat var. Məsələn, “Qazprom”un rəhbəri Aleksey Miller “PBİF-2023”də “SOCAR”ın prezidenti Rövşən Nəcəf ilə qazın nəqli sahəsində əməkdaşlıq variantlarını müzakirə edib. Bu da öz növbəsində ölkələrimizə neft-qaz infrastrukturundan daha səmərəli istifadə etməyə imkan verəcək. Rusiyanın maşınqayırma sənayesinin nümayəndələri Azərbaycan bazarına daha fəal daxil olurlar. Bu günlərdə Tatarıstanın rəhbəri Rüstəm Minnixanov və Azərbaycan Prezidenti İlham Əliyev “KAMAZ” İSC və Gəncə Avtomobil Zavodunun birgə yaratdığı “Auto Leasing Azərbaycan” servis mərkəzini açıblar. Qısaca desək, iqtisadi mövqelərimizin qarşılıqlı şəkildə gücləndirilməsi üçün çoxlu imkanlarımız var. Buna görə də ölkələrimiz bu cür qarşılıqlı fəaliyyət üçün yeni vektorlar və konfiqurasiyalar axtarmalıdır.

Post navigation

Previous: “Avro-2024”ün seçmə mərhələsində 10 oyunun NƏTİCƏLƏRİ
Next: Bayden Çin lideri Si Cinpini diktator adlandırıb

Oxşar xəbərlər

ceyhun celilov
  • Müsahibə

“Naxçıvanda əsas çətinlik məşğulluqla bağlıdır”: “Sahibkarlıq məhdud inkişaf edib” –

User 05 Oktyabr 2026 - 22:36
hikmet musahibe paksitan
  • Müsahibə

Hikmət Hacıyev:

User 16 İyul 2026 - 11:22
Emin Əmrullayev
  • Müsahibə

“Müəllimlərin ehtiyaclarını anlamaq vacibdir”

User 22 İyun 2026 - 21:02

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.