Azərbaycan Rusiyadan 300 000 doza “Sputnik V” vaksini alacaq

Baş nazir Əli Əsədov “Dərman vasitəsinin idxalı barədə” sərəncam imzalayıb. 

APA-nın məlumatına görə, sərəncama əsasən,  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçiriləcək. 

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğanın oğlu Bakıya gəlib

Sonrakı məqalə

Azərbaycanın humanizmi nəticəsində Maral Nacaryan ötən gün azad edilib –