Azərbaycan və Ermənistan liderlərinin İspaniyada görüşü gözlənilir

Azərbaycan və Ermənistan liderlərinin Aİ-nin vasitəçiliyi ilə növbəti görüşləri payızda Brüsseldə, həmçinin Avropa Siyasi Birliyi sammiti çərçivəsində Qranadada keçirilməsi gözlənilir.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən sonra mətbuata bəyanatında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.

“Mən həmçinin Azərbaycan və Ermənistan liderlərini yaydan sonra Brüsselə, həmçinin Qranadada növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində Fransa və Almaniya liderlərinin iştirakı ilə beştərəfli görüşə dəvət etmək niyyətimi təkrarladım”, – o qeyd edib. (APA)

Əvvəlki məqalə

“Hər iki lider Almatı Bəyannaməsinə sadiqliyini təsdiqləyib” –

Sonrakı məqalə

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında dəmir yolunu maliyyələşdirmək istəyir