Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycan vərəmin geniş yayıldığı ölkələr sırasına daxil edilməyib

User 24 Mart 2022 - 14:00 (Last updated: 21 May 2025 - 20:15)
verem02

Ağciyər vərəmi vərəm mikobakteriyası tərəfindən törədilən infeksion xəstəlikdir. Vərəm müxtəlif orqanları zədələyə bilər. Lakin əsasən tənəffüs yolu ilə yoluxan xəstəlik – ağciyər vərəmi geniş yayılıb. Əsas əlamətləri bəlğəmli öskürək, təngnəfəslik və sinədə ağrıdır. Hərarət, gecə tərləməsi, iştaha və çəki itirilməsi, yorğunluq və ümumi halsızlıq kimi simptomlar da ağciyər vərəminin əlamətləri ola bilər.

Bunu AZƏRTAC-a müsahibəsində Mərkəzi Neftçilər Xəstəxanasının həkim-pulmonoloqu Almas Mütəllimova deyib. Onun sözlərinə görə, vərəm müalicə olunan xəstəlikdir. Müalicə kursu aylarla, bəzən illərlə davam etsə də, xəstəliyin vaxtında aşkarlanması və xəstənin müalicəyə cəlb olunması ilə müsbət nəticə əldə etmək olar.

A.Mütəllimova bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatlarında Azərbaycan vərəmin geniş yayıldığı ölkələr sırasına daxil edilməyib, çünki ötən illərlə müqayisədə yoluxma sayında xeyli azalma var: “İldən-ilə dünyada və ölkəmizdə həm vərəmə yoluxma, həm də həmin xəstəlikdən ölüm hallarında müsbətə doğru artan göstəricilər izlənilir. Sadalananlar arxayınlaşmağa əsas deyil, çünki vərəm mikobakteriyalarının dərmanlara qarşı rezistentliyi qeydə alınır. Bu səbəblərdən vərəmin rezistent formalarını vaxtında aşkarlayıb müvafiq müalicə metodlarını tətbiq etmək lazımdır.

Sağlam həyat tərzi, zərərli vərdişlərdən imtina, düzgün qidalanma, fiziki aktivlik, təmiz havada gəzinti, stresdən uzaq olmaq, şəxsi gigiyena qaydalarına əməl etmək kimi sadə addımlar vərəmin profilaktikasında əsasdır.

COVID-19 pandemiyası dövründə həmin tədbirlərin daha da gücləndirilməsi, əlamətlərə ciddi və diqqətli yanaşmaq lazımdır. İmmun sistemi zəif olan şəxslər, aztəminatlı ailələr, spirtli içki aludəçiləri, məhkumlar, qida təminatı zəif olanlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərdə xəstəlik riski daha yüksəkdir. Belə insanlar ildə bir dəfə profilaktik müayinədən keçməlidirlər”.

Martın 24-nün Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd olunduğunu xatırladan mütəxəssis Azərbaycanda da vərəmlə mübarizə istiqamətində profilaktik tədbirlər görüldüyünü və əhali arasında mütəmadi maarifləndirmə işləri aparıldığını diqqətə çatdırıb.

“Unutmayın, cəmiyyətin sağlamlığı hər birimizdən asılıdır”, – deyə A.Mütəllimova fikirlərinə yekun vurub.

Post navigation

Previous: NATO-nun fövqəladə sammiti başlanıb
Next: Çində qəzaya uğrayan təyyarənin mühərriki tapılıb

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

tramp
  • Dünya

Tramp İrana hücum qərarını açıqladı – “Ehtiyac yaranarsa, hazırıq”

User 04 Noyabr 2026 - 09:18
ABŞ Prezidenti Donald Tramp İrana yeni zərbələr endirməyi hələlik planlaşdırmadığını, lakin zərurət yaranarsa, buna hazır olduğunu bildirib....
Read more about Tramp İrana hücum qərarını açıqladı – “Ehtiyac yaranarsa, hazırıq”
Bu günə olan valyuta məzənnələri bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 04 Noyabr 2026 - 09:14
ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.