Azərbaycanda daha 140 nəfər koronavirusa yoluxub –OPERATİV QƏRARGAH

Azərbaycan Respublikasında  koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 2607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 270.739 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Barselona”dan getmək istəyirdim” –

Sonrakı məqalə

Məhəmməd Əmin Rəsulzadənin 1907-ci ildə çəkilmiş fotosu –