Azərbaycanda Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” nəşr olunub

150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasının ilk nəşri – dahi Avstriya yazıçısı, əsərləri ilə XX əsr dünya ədəbiyyatında yeni mərhələ yaratmış Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, “Hekayələr”, “Pritçalar”, “Gündəliklər”, “Xatirələr” “Romanlar” kimi fəsillərdən ibarət kitaba yazıçının orijinaldan tərcümə edilmiş “Hökm”, “Çevrilmə”, “Yuva”, “Bir savaşın təsviri”, “Ocaqçı”, “Bədbəxtlik”, “Cəza koloniyası”, “Balaca qadın”, “Kənd həkimi”, “Müğənni Jozefina” kimi məşhur hekayələri, “Körpü”, “Çalağan”, “Yuxu”, “İmtahan”, “Qaçış”, “Qonşu”, “Gecə”, “Poseydon” və digər pritçaları, “Məhkəmə”, “Qəsr” romanları, gündəlik və müsahibələri daxil edilib.

Əsərləri alman dilindən tanınmış tərcüməçilər Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Yusif Savalan və digərləri tərcümə edib. Kitabın tərtibçisi Mahir N.Qarayevdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Azərbaycana atılmış “İskəndər M” raketinin qalıqlarına baxıb –

Sonrakı məqalə

Şeyxülislam Allahşükür Paşazadə Türkiyə səfirini qəbul edib