Azərbaycanda hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə sanksiyalar tətbiq edilməyəcək

Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanununa edilmiş dəyişikliklərlə bağlı hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron vergi idarəsində hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılır.

Dövlət Vergi Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu proses qısa bir zaman çərçivəsində həll olunacaq: “Vergi ödəyicilərinin nəzərinə çatdırır ki, hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilməyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağdaşda arvadını öldürən şəxs tutulub

Sonrakı məqalə

Dövlət Vergi Xidməti hansı bəyannamələrdə düzəlişlər aparır?