Azərbaycanda inzibati-iqtisadi məhkəmələr ləğv edildi

Azərbaycanın məhkəmə sistemində aparılan islahatlar çərçivəsində yanvarın 1-dən etibarən inzibati-iqtisadi məhkəmələr ləğv edilib və onları yeni yaradılmış kommersiya və inzibati məhkəmələr əvəz edib.

Ləğv edilən məhkəmələrin yerində ümumilikdə 12 yeni məhkəmə fəaliyyətə başlayıb. Bunlardan 6-sı kommersiya, 6-sı inzibati məhkəmədir. Yeni məhkəmələr regional prinsiplərlə, yəni ölkənin bütün şəhər və rayonlarında deyil – Bakı, Gəncə, Şəki, Şirvan, Sumqayıt, Naxçıvan şəhərlərində fəaliyyət göstərəcək.

Qeyd edək ki, indiyədək sahibkarlarla bağlı bütün mübahisələrə inzibati iqtisadi məhkəmələrdə baxılırdı. İndi isə sahibkarların öz aralarında olan mübahisələrə kommersiya məhkəmələrində, onların dövlət qurumları, o cümlədən, vergi, gömrük və DSMF ilə bağlı mübahisələrinə isə inzibati məhkəmələrdə baxılacaq.

Yeni məhkəmələrin işə düşməsi ilə yanaşı, buradakı hakim sayı da artırılıb. İndiyədək inzibati iqtisadi məhkəmələrdə 39 hakim çalışırdı, bu da hər hakimə düşən məhkəmə işlərinin sayını artırır, işlərə baxılmasını  ləngidirdi. İndi isə yeni məhkəmələrə 42 hakim təyin edilib, tezliklə onların sayı 67-yə çatdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan əsgərinə yeməyə nə verilir? –

Sonrakı məqalə

Natiq Cəfərli: