Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır- FOTO

Sosial şəbəkələrdə Azərbaycanda it dalaşdıran şəxslərin görüntüləri yayılıb.

“Report”un xəbərinə görə, yayılan məlumatlarda bildirilir ki, həmin şəxslər qadağan edilmiş it döyüşləri keçirirlər.

Pulla döyüşlər təşkil edən şəxslərin Sumqayıt şəhərindən olduqları ehtimal edilir.

Belə ki, onlar itləri ölənə qədər döyüşdürürlər, daha sonra məğlub olan köpəkləri kəsib, ətini digər itlərə yedizdirirlər. Bir itin digər itə yedizdirilməsi də görüntülərdə yer alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a bildirilib ki, həmin görüntülərdəki hadisələr araşdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Foqts Azərbaycan futbolunda vahid sistem yaratdı, yerli məşqçi bacarmazdı” –

Sonrakı məqalə

Banklar ölkəyə rekord miqdarda nağd dollar idxal ediblər