Azərbaycanda nə qədər narkoman qadın və yeniyetmə var? –RƏQƏMLƏR

Əvvəlki illərlə müqayisədə Azərbaycabda narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur.

Belə ki, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib. Bu barədə Səhiyyə Nazirliyinin saytında Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərova istinadla məlumat yerləşdirilib.

Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların və yeniyetmələrin sayı kişilərə nisbətən dəfələrlə azdır. 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.

Baş direktor bildirib ki, qeydiyyatda olan narkotik istifadəçiləri arasında opioid tərkibli preparatların istifadəçiləri (F11-24 min 850 nəfər), kannabinoid (F12-9 min 752 nəfər) və psixostimulyator istifadəçiləri (F15-3 min 107 nəfər) əksəriyyət təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Leyla Əliyeva Tretyakov Qalereyasında sərgi ilə tanış olub

Sonrakı məqalə

Ermənistan Kəlbəcərdəki mövqelərimizi atəşə tutub –