Ermənistan Kəlbəcərdəki mövqelərimizi atəşə tutub –RƏSMİ

Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan bölmələrinin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda nə qədər narkoman qadın və yeniyetmə var? –

Sonrakı məqalə

Britaniya Rusiya Dumasının deputatlarına qarşı sanksiyalar hazırlayıb