Azərbaycanda nazirin olduğu maşın qəzaya düşdü –FOTO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Azpost.info oxu.az-a istinadən bildirir ki, hadisə ötən gün Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.

“Mercedes” markalı, 90-AA-900 dövlət nömrə nişanlı avtomobillə “Maserati” markalı maşın toqquşub.

Yayılan videolardan görünür ki, “Mercedes”in sürücüsü qırmızı işıqda keçib. Nəticədə, qəza baş verib.

Qeyd edək ki, qəza törədən avtomobil Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını imiş.

Hadisə zamanı nazir avtomobildə olub. Mühafizəçilər dərhal K.Heydərovu digər maşına əyləşdirərək, hadisə yerindən uzaqlaşdırıblar.

//baku.tv/az/hadise/18985/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

20 yaşlı gənc qəbiristanlıqda intihar edib –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi