Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanda qohum evliliklərinin sayı necə dəyişib?

User 29 May 2025 - 23:53 (Last updated: 29 May 2025 - 23:39)
nikah muqavile

Milli Məclisin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatının müzakirəsindən sonra Azərbaycanda qohum evliliklərinin sayındakı artım yenidən gündəmə gəlib. Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, insanların çoxu qohumlar arasında nikahlarının ləğvi ilə bağlı dəyişikliyə hazır deyil: “Bir il ərzində sürətli şəkildə evlənmə halları baş verdi”.

Bəs görəsən, son aylarda və illərdə qohumlar arasındakı nikahların dinamikası necə dəyişib?

Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, cari ilin yanvar ayında 252, fevral ayında 131, mart ayında 176, aprel ayında isə 139 bioloji qohumluğu olan şəxslər arasında nikah qeydə alınıb.

Vurğulanıb ki, 2024-cü ilin yanvar ayında 155, fevral ayında 113, mart ayında 116, aprel ayında 111, may ayında isə 121 belə nikah qeydə alınıb.

Qeyd edilib ki, 2021-ci ildə 2 199, 2022-cü ildə 2 542, 2023-cü ildə 1 950, 2024-cü ildə 2 060, 2025-ci ilin ilk 4 ayı ərzində isə 698 belə nikah rəsmiləşdirilib.

Bu o deməkdir ki, 2024-cü ilin ilk dörd ayında 495, 2025-ci ilin eyni dövründə isə 698 belə nikah qeydə alınıb.

Dövlət Statistika Komitəsindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, qohumlar arasında bağlanılan nikahların sayına dair məlumatlar illik dövriliklə 2022-ci ilin yekunlarından başlayaraq işlənilir.

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən rəsmi qeydə alınan qohumlar arasında bağlanılan nikaha daxilolma hallarının sayı 2022-ci ildə 1 915, 2023-cü ildə 1 935, 2024-cü ildə isə 2 034 olub.

Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, bu şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək: qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu. Bu qadağa 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

AzPost.az

Post navigation

Previous: “Əl çək məndən, uğursuz bədbəxt”-
Next: İsrail Qəzzada daha 70 nəfəri öldürdü

Oxşar xəbərlər

zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11

xƏBƏR

ilham aliyev erdoqan beyanat
  • Baş Yazı

Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN

User 08 Noyabr 2026 - 18:31
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla...
Read more about Azərbaycan və Türkiyə prezidentlərinin mətbuat üçün Bəyanatı – TAM MƏTN
Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı? erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.