Azərbaycanda son sutkada 266 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 266 yeni yoluxma faktı qeydə alınıb, 459 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 817 862 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 805 629 nəfər müalicə olunaraq sağalıb, 9 854 nəfər vəfat edib, aktiv xəstə sayı 2 379 nəfərdir.

Ölkədə son sutka ərzində 2 875, hazırkı dövrədək isə 7 193 925 test aparılıb.

Əvvəlki məqalə

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistana səfər edib

Sonrakı məqalə

Ərdoğan Türkiyənin Pakistana yardım üçün səfərbər olduğunu bildirib