Azərbaycanda yanğın hadisələrinin sayı artıb

Azərbaycanda yanğın hadisələrinin sayı artıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilən məlumata görə, ötən il yanğına çıxışların sayı 13 010 olub.

Bu ilin 9 ayı ərzində isə bu rəqəm 14 369-dur. Bundan əlavə, 2021-ci ildə yanğınlar zamanı 24 insan təlafatı olub. 2022-ci ilin 9 ayında isə 42 nəfər yanğınlarda həyatını itirib.

Xəsarət alanların sayına gəldikdə isə burada da artım nəzərə çarpır. Belə ki, ötən il yanğınlar zamanı 104 nəfər xəsarət alıb. Bu il ərzində isə xəsarət alanların sayı 178-dir.

Əvvəlki məqalə

Son 5 ildə Azərbaycanın cari xərcləri 11 milyard manat artıb

Sonrakı məqalə

Büdcəsi layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib