“BMT missiyasının göndərilməsinə imkan verilməyəcək” –Bakıdan sərt etiraz. BMT-nin ofisi rəhbəri Administrasiyaya çağırıldı

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı ofisinin rəhbəri bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına dəvət olunub və ona təşkilat tərəfindən yanvarın 24-də Laçın yolundakı vəziyyətə dair verilmiş qərəzli, həqiqətə uyğun olmayan bəyanatla bağlı narahatlıq çatdırılıb.

APA-nın əldə etdiyi məlumata görə, Əldə etdiyimiz məlumata görə, Azərbaycan tərəfi vurğulayıb ki, ərazilərimizin işğal altında olduğu vaxtlarda müxtəlif BMT təşkilatları Azərbaycanın qaldırdığı legitim məsələlərə cavab olaraq “Biz humanitar təşkilatlarıq, siyasi məsələlərə qarışmırıq” deyib yaxalarını kənara çəkirdilər. Lakin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra indi eyni təşkilatlar nədənsə humanitar təşkilat olduqlarını unuduraq siyasi məsələlərlə məşğul olurlar. Bu xüsusda mandatı cinsi və reproduktiv sağlamlıq, doğum kimi məsələlərdən ibarət olan UNFPA-nın belə “siyasi fəallığı” anlaşılmaz və qəbuledilməzdir.

Əvvəlki məqalə

“NATO Ukraynaya qoşun və təyyarə göndərmir”

Sonrakı məqalə

“Bölgədə “humanitar fəlakət” barədə iddialar əsassızdır” –