Azərbaycanın dəmir yollarında pilotsuz taksi xidməti istifadəyə veriləcək- Açıqlama

“Azərbaycanın dəmir yollarında yeni pilotsuz taksi xidməti fəaliyyət göstərəcək”.

APA-Economics’in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, bu xidmətin pilot olaraq 2020-ci ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

“Bildiyiniz kimi, dəmir yolu şəbəkəsi ilə sərnişin və yükdaşımalar müəyyən interval əsasında həyata keçirilir. O intervalda olan sərbəst vaxtda insanlar pilotsuz dəmir yolu taksisi sifariş etməklə, misal olaraq, Şəkiyə və əks tərəfə hərəkət edə bilərlər. Belə bir layihə Yaponiyada tətbiq olunur. Azərbaycanda dəmir yolunun səmərəli istifadə etmək həm Azərbaycan vətəndaşları, həm də ölkəyə gələn turistlər üçün sərnişindaşıma xidmətini yaratmaq hədəflənib”, – deyə Ü. Mehdiyev qeyd edib.

O həmçinin əlavə edib ki, layihənin ciddi təhlükəsizlik konsepti hazırlanır və bütün sınaqlardan aparıldıqdan sonra 2020-ci ilin sonlarına ilk prototip hazırlanacaq və pilot olaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Senatın “erməni soyqırımı” haqda qanun layihəsi ABŞ Administrasiyasının mövqeyini əks etdirmir” –

Sonrakı məqalə

Siyavuş Novruzov YAP-ın seçki siyahısından danışdı: