Azərbaycanın döyüş təyyarələri manevr uçuşlarını icra edib

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri yerinə yetirilib.
Həmçinin şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi və hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunub.

Əvvəlki məqalə

Sanksiyalardan qaçan ruslar İstanbulda mülk alırlar –

Sonrakı məqalə

Medinski İstanbul danışıqlarının təfərrüatlarını açıqlayıb