Sanksiyalardan qaçan ruslar İstanbulda mülk alırlar –“Reuters”

Varlı ruslar Qərbin sanksiyalarından sonra Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlaka aktiv şəkildə sərmayə qoyurlar.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” daşınmaz əmlak şirkətlərinə istinad məlumat yayıb. İstanbuldakı daşınmaz əmlak şirkətlərindən biri hər gün Rusiya vətəndaşlarına səkkizə yaxın mənzilin satıldığını bildirib: “Onlar nəğd alır, Türkiyədə bank hesabları açır və ya qızıl gətirirlər”.

Dubayda yerləşən “Modern Living” daşınmaz əmlak agentliyi rusiyalı müştərilərin sayının on dəfə artdığını, işlərin çoxluğundan üç rusdilli əməkdaşı işə götürməli olduqlarını deyib.

Azpost.info

Əvvəlki məqalə

İqtidar və müxalifət partiyaları MSK-ya hesabat verib

Sonrakı məqalə

Azərbaycanın döyüş təyyarələri manevr uçuşlarını icra edib