Azərbaycanın ilk şərqşünas məzunları –Tələbə yoldaşı olmuş Əbülfəz Elçibəy və Aida İmanqulieva (FOTO)

Tanınmış tədqiqatçı –alim Ədalət Tahirzadə sosial şəbəkədə maraqlı bir foto paylaşıb.

Azpost.info bildirir ki, fotoda Kirov adına Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ilk buraxılışının məzunları əks olunub. 1957-1962-ci illərə aid buraxılış albomunda ərəb, türk və fars şöbəsinin məzunları yer alıb.

Albomda çoxlu tanınmış alim və tələbələrin fotoları var. Müəllimlərin sırasında Həmid Araslı, Mübariz Əlizadə, Şəfahət Mehdiyev, Ələsgər Məmmədov, Əliəşrəf Əlizadə və digərləri görmək olur.

Tələbələrin fotoları arasında sonradan tanınan alim və siyasi xadimləri görmək mümkündür. Bu sırada Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy, və Birinci vitse-prezident Mehriban Əliyevanın anası, mərhum şərqşünas Aida İmanquliyeva yer alıb.

Fotolarda həmçinin ərəb şöbəsinin məzunları olan Rəna Məmmədova, Malik Qarayev, Nərminə Sultanlı, Elza Babayeva, Rəsul Məlikov, Malik Mahmudov, Zakir Məmmədov, İsmayıl Məmmədov da var. İlk buraxılış olan ərəb şöbəsini 11 nəfər məzun bitirib.

Azpost.info 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baş Prokurorluqda 6 idarəyə yeni rəislər təyin edilib –

Sonrakı məqalə

155 Azərbaycan vətəndaşı Dağıstandan avtobuslarla Vətənə gətirildi