Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycanla əlaqələr sağlam və sabit məcrada inkişaf edib

Orkhan Ali 05 İyul 2024 - 17:24 (Last updated: 21 May 2025 - 20:15)
Mao Nin

Azərbaycanla strateji tərəfdaşlığımız ölkələrimiz arasındakı 30 illik münasibətlərin inkişafı tarixinin mühüm mərhələsidir.

Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin ənənəvi mətbuat konfransında bildirib.

O deyib ki, hər iki dövlət arasındakı əlaqələr daim sabit məcrada inkişaf edib:

“Çinlə Azərbaycan arasında diplomatik münasibətlərin təməli 1992-ci il aprelin 2-dən etibarən qoyulub. 30 il ərzində bu əlaqələr sağlam və sabit məcrada inkişaf edib. Son dövrlər ölkəmizin rəhbəri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə dəfə əlaqə saxlayıb və bu faktor münasibətlərimizin strateji səviyyəyə yüksəlməsini təmin edib. Tərəflər dəfələrlə suverenlik və ərazi bütövlüyü kimi məsələlərdə bir-birinin mövqeyini dəstəkləyib. Çinlə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 1 milyard ABŞ dollarından çox olub. Eyni zamanda, ölkələrimiz Şanxay Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, habelə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edirlər. Bu əsnada Çin-Azərbaycan münasibətlərinin keyfiyyətcə yaxşılaşdırılması təbii haldır”.

Çin XİN-in nümayəndəsi hər iki ölkənin liderlərinin qarşılıqlı münasibətlərin strateji səviyyəyə çatdığını elan etdiyini xatırladıb:

“Bu amil Çin-Azərbaycan əlaqələrinin inkişaf tarixində yeni mərhələdir. Hər iki tərəf strateji tərəfdaşlıq münasibətlərini qarşılıqlı siyasi dəstəyin daha da gücləndirilməsi, əsas xətt kimi “Bir kəmər, bir yol” layihəsinin keyfiyyətli icrası daxil olmaqla, hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi, beynəlxalq məsələlərdə səmərəli əlaqələndirmənin həyata keçirilməsi, hər iki xalqın mənfəəti naminə Çin-Azərbaycan strateji tərəfdaşlığının sağlam və sabit inkişafı üçün başlanğıc nöqtəsi kimi qəbul edəcək” – Mao Nin fikirlərini yekunlaşdırıb(apa).

Post navigation

Previous: Pantomima Teatrının direktoru ABŞ-a “Green Card” udub
Next: Ərdoğana Türkiyə millisinə dəstək üçün Almaniyaya getməyi İlham Əliyev təklif edib

Oxşar xəbərlər

ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
ceyhun fidan
  • Siyasət

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında iştirak edib

User 29 Oktyabr 2026 - 12:29
ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09

xƏBƏR

dava
  • Sosial

Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub

User 29 Oktyabr 2026 - 16:56
Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı...
Read more about Məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb – 3 nəfər məsuliyyətə cəlb olunub
Prezident İlham Əliyev Türkiyəyə getməyəcək ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb din kolleg
  • Sosial

Ölkədə 9 ayda 22 804 cinayət qeydə alınıb – 6,4 ton narkotik götürülüb

User 29 Oktyabr 2026 - 16:03
Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir? menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43
Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü ceyhun fidan02
  • Siyasət

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ankarada görüşdü

User 29 Oktyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.