“Azərbaycanla sərhəd postları SSRİ-nin 1975-ci ildəki hərbi xəritələri əsasında qoyulur” –Baş nazirin müavini Tiqran Avinyan

“Ermənistan və Azərbaycan sərhədində sərhəd postları 1970-ci illərin hərbi xəritələri əsasında yerləşdirilir”.

Azpost.info bildirir ki, bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan deyib.

“Sərhəd postları 1975-1976-cı illərin hərbi xəritələri əsasında yerləşdirilir. Bu, sərhədlərin yekun delimitasiyası və demarkasiyasına qədər müvəqqəti yerləşdirmədir. Bunun üçün isə ikitərəfli münasibətlər olmalıdır”, – deyə Avinyan bildirib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası uzunmüddətli prosesdir.

“Biz indiyədək Gürcüstanla bu prosesi başa çatdırmamışıq. Lakin gec-tez bütün qonşularımızla bu prosesdən keçməliyik”, – deyə Avinyan qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniyanın Bristol şəhərində etiraz aksiyasında polislə toqquşma baş verib –

Sonrakı məqalə

Azərbaycan yığması Qətərə də uduzdu