Britaniyanın Bristol şəhərində etiraz aksiyasında polislə toqquşma baş verib –10 nəfər həbs olunub

Böyük Britaniyanın Bristol şəhərində etiraz aksiyası keçirilib.

Mitinq iştirakçıları Polis və Cinayət qanunundakı “hər hansı bir özəl və ya ictimai ərazidə nəqliyyat vasitələrinin icazəsiz dayanmasını qadağan edən” maddədən narazı olduqlarını söyləyiblər. Onlar həmin maddənin tətbiq olunmaması ilə bağlı şüarlar səsləndiriblər.

Mitinq zamanı polis və etirazçılar arasında toqquşma yaranıb. Etirazçılardan 10 nəfər həbs edilib.

Ölkədə koronavirus pandemiyası ilə əlaqədar olaraq, kütləvi toplaşmalar qadağandır və qaydaları pozan şəxslər cərimə edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda peyvənd olunanların ümumi sayı açıqlanıb

Sonrakı məqalə

“Azərbaycanla sərhəd postları SSRİ-nin 1975-ci ildəki hərbi xəritələri əsasında qoyulur” –