Azərbaycan axtarışda olan Hindistan vətəndaşını təhvil verilib

Həbs
Həbs

Azərbaycanda saxlanılan beynəlxalq axtarışa verilmiş Hindistan vətəndaşı ölkəsinə təhvil verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən daxil olan məlumatda deyilir.

Məlumata görə, Hindistan Respublikasının hüquq mühafizə orqanları tərəfindən 354 kiloqram narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş, 1993-cü il təvəllüdlü, Hindistan Respublikasının vətəndaşı Singh Prabhdeep Gurraj-ın verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Belə ki, qeyd olunan şəxs Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında” 04.04.2013-cü il tarixli Müqaviləyə əsasən Singh Prabhdeep Gurraj haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.