“Azərbaycan Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən icra olunan “Əlillərin cəmiyyətə inteqrasiyasına dəstək” layihəsi Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin ilk təlim- tədbiri Beynəlxalq Qalerreyada keçirildi. Tədbirdə ikinci təlim üçün tapşırıqlar verilmişdi.İkinci təlim isə RM ART Studioda baş tutdu. Tədbiri Layihə rəhbəri Xədicə Mikayılova açaraq layihə və təlim barədə məlumat verdi. O, qeyd etdi ki, layihənin məqsədi əlil vətəndaşlarımızın istedadlarının üzə çıxarılması, onlara diqqətlərin yönəlməsi, fərd olaraq cəmiyyətə inteqrasiyası, dövlətin onlara olan diqqətin təbliğidir.
Daha sonra Xədicə Mikayılova Layihənin Təlimçisi Rahim Rzayevi təqdim etdi. Rahim Rzayev qeyd etdi ki, ikinci təlimdə, artıq iştirakçıların rəsm və əl işlərinə baxış keçiriləcək. Sərgi üçün hazırlıq aparılacaq.Təlim içtirakçıları oradaca müəyyən rəsmlər çəkdilər, əl işləri icra etdilər.
“Azərbaycan Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Xədicə Mikayılova layihəyə dəstəyinə, təlimin keçirilməsinə şərait yaratdığına görə RM ART Studionun rəhbəri Rəsmiyyə Mahmudovaya minnətdarlığını bildirdi. Rəsmiyyə Mahmudova maraqlı, gərəkli layihəni icra etdiyinə görə “Azərbaycan Əlillər Cəmiyyəti” İctimai Birliyinin rəhbəri Xədicə Mikayılovaya uğurlar arzuladı.
Layihənin Təlimçisi Rahim Rzayev iştrakçılara Sərgidə iştirak üçün hazırlığa başlamalarını tövsiyyə etdi.
Təlimdə iştirakçılara dəftərxana ləvazimatları paylandı. İştirakçı siyahıları tərtib olundu. Foto-video çəkildi. Təlim çay süfrəsi ətrafında davam etdirildi.



